şəhərli qadının portreti olan
"Mona Liza" ("Cokonda") əsəri
bütün dünyada məşhurdur.
İntibah dövrünün dahi xadimlərindən
biri Mikelancelo heykəltəraş,
rəssam, memar, hərbi
mühəndis və şair olmuşdur.
Heykəltəraş nəhəng bir mərmər
parçasından hündürlüyü
5,5 metr olan "David" heykəlini
yonmuşdu. Bu heykəl Florensiya
şəhərinin himayədarı hesab
olunur. Mikelancelo Romada
Müqəddəs Pyotr kilsəsinin
tikintisində də iştirak etmişdir.
Florensiyada yaşayan Rafael dövrünün görkəmli rəssamlarından biri sayılırdı.