XI yüzillikdən başlayaraq Avropada böyük tikinti işləri aparılırdı. O dövrün inşaatçıları qədim Roma və Bizans memarlıq ənənələrinə əsaslanırdılar. Belə tikililərə Roma üslublu tikililər deyilirdi. XII yüzilliyin sonlarında Avropada qot memarlığı* deyilən memarlıq meydana gəldi. Şəhərlərdə, əsasən, bələdiyyə binaları, ticarət binaları, qonaq evləri və baş kilsələr qot üslubunda tikilirdi.
Moskvada Qızıl meydandakı
Pokrov kilsəsi orta əsrlər rus
memarlığının zirvəsidir. Bu
kilsəni Vasili Blajennı məbədi
adlandırırlar.
İtaliya intibahının ən böyük
xadimlərindən biri olan florensiyalı
Leonardo da Vinçi
dahi rəssam, ixtiraçı mühəndis,
memar, heykəltəraş, musiqiçi
və şair olmuşdur. Onun gənc,