Qərbi Avropanın humanist yazıçıları feodal qaydalarını və kilsənin elmə qarşı apardığı mübarizəni pisləyir, daha ədalətli quruluş arzulayırdılar. İngilis yazıçısı Tomas Mor ölkədə baş verən ədalətsizlikləri tənqid edir, uydurduğu "Utopiya adası"nda hamının bərabər yaşadığını təsvir edirdi. "Utopiya" yunanca "olmayan yer" deməkdir.
Dahi ingilis yazıçısı Uilyam Şekspirin "Hamlet", "Otello", "Kral Lir" və s. bu kimi əsərləri ona dünya şöhrəti qazandırmışdı.
Bu dövrdə Fransada, İspaniya-da
və digər Avropa ölkələrin
-də
yaşayıb yaradan şair və yazıçıların
ədəbi əsərləri mədəniyyət
nümunələrinin zənginləşməsinə
xidmət edirdi.