Böyük coğrafi kəşflərdən sonra
daha da inkişaf edən coğrafiya
elmi astronomiyanın da inkişafına
şərait yaratdı. Orta əsrlərdə
kainatın quruluşuna dair baxışlar
səhvən Ptolomey təliminə
əsaslanırdı. Bu təlimə görə Yer
hərəkət etmir və dünyanın
mərkəzində dayanır. Polyak
alimi Kopernik Yerin həm öz
oxu ətrafında, həm də Günəş
ətrafında fırlandığını bildirmişdi.
İtaliyalı alim Bruno isə kainatın
sonsuz olduğunu göstərirdi.
Göyə teleskopla baxan ilk alim
venesiyalı Qaliley olmuşdur.
Qərbi Avropada elmin inkişafına
müsəlman alimlərinin
əsərlərinin böyük təsiri var idi.
Bunlara misal olaraq İbn Sina,
Əl Biruni və Nəsirəddin Tusini
göstərmək olar.