Onları humanistlər adlandırırdılar.
Müşahidə və təcrübələr
aparan alimlər hadisələri izah
etməyə, onların səbəblərini
öyrənməyə çalışırdılar. Qədim
Yunanıstan və Roma mədəniyyətinə
böyük maraq göstərən
humanistlər öz əsərlərini latın
dilində deyil, ana dilində yazmağa
üstünlük verirdilər. Yeni
mədəniyyətin yarandığı dövr
İntibah dövrü adlanır. İtaliyanın
Florensiya şəhəri intibah
mədəniyyətinin mərkəzinə
çevrilmişdi.
Bu dövrdə elmi biliklər kağız
üzərində əl ilə yazılaraq
çoxaldılırdı. Bu isə kitaba olan
tələbatı ödəmirdi. Alman alimi
Quttenberq 1445-ci ildə çap
üsulu ilə ilk kitabını buraxdı.
Bəşəriyyət tarixində ən böyük
ixtiralardan biri olan kitab çapı
təhsilin, elmin və ədəbiyyatın
inkişafına təkan verdi.