Səlimiyyə məscidi Ədirnədə
Osmanlı sultanı II Səlimin göstərişi
ilə memar Sinan tərəfindən
tikilmişdir. Memar Sinanın 90
yaşında inşa etdiyi və "ustalıq
əsərim" adlandırdığı Səlimiyyə
məscidi istər onun, istərsə
də Osmanlı memarlığının ən
əhəmiyyətli əsərlərindən biridir.
Qapısındakı kitabəyə əsasən
binanın inşasının 1568-ci ildə
başlandığı məlum olur. Məscid
1575-ci ildə ibadətə açılmışdır.
Səlimiyyə açıq havalarda Rodop
dağlarından və Uzunkörpünün
Süleymaniyyə kəndindən
görünür. Səlimiyyə məscidi
və kompleksi 2011-ci ildə
UNESCO-nun Ümumdünya irsi
siyahısına salınmışdır.