Böyük Hun dövlətinin dağılmasından
sonra hunların böyük
hissəsi idil çayından qərbə
doğru hərəkət etsə də, onların
bir qismi Qərbi Türküstana köçdü.
Sasani dövləti ilə mübarizə
aparan hunlar IV yüzilliyin ikinci
yarısında Ağ Hun dövlətinin
əsasını qoydular.
Bu dövlət V yüzillikdə hakimiyyətdə
olmuş Eftal xanın adı ilə
həm də Eftalitlər dövləti kimi
də tanınırdı. Ağ Hun dövlətinə
Mərkəzi Asiya, Əfqanıstan və
Şimal-Qərbi Hindistanın bir his-
səsi
daxil idi. Dövlətin sərhədləri
Monqolustanın qərbindən
Xəzər dənizinə qədər çatırdı.
Ağ hunlar Ağsuvar xanın
dövründə fəal xarici siyasət
yürüdür və qonşu əraziləri ələ
keçirirdilər. Onlar V yüzilliyin
ortalarında sasanilərə qarşı qalibiyyətli
müharibələr apararaq
İran yaylasının şərq hissələrinə
və Türküstana hakim oldular.
Ağ hunlar 484-cü ildə sasanilər
üzərində növbəti qələbədən
sonra Heratı tabe etdilər.
Ağ Hun imperiyasının ən
qüdrətli dövrü VI yüzillikdə
hakimiyyətdə olmuş Mihiraqul
xanın adı ilə bağlıdır. Onun
dövründə yaxşı təlim görmüş
və nizami orduya sahib olan
hunlar fasiləsiz yürüşlər edərək
Hindistanın şimal-qərbinin
işğalını başa çatdırdılar, imperiyanın
ərazilərinin genişlənməsi
ilə idarəetmədə də çətinliklər
yaranır, tabe olan ərazilərdə
etirazlar başlanırdı. Beləliklə,
feodal əyanlarının müstəqillik
arzuları gücləndi. Bu dövrdə
yenicə yaranmış Göytürk
dövləti ağ hunlara qarşı hərbi
müdaxiləyə başladı.
567-ci ildə Sasani və göytürklərin
birləşmiş qüvvələri Ağ Hun
dövlətinə son qoydu. Onun
torpaqları iki dövlət arasında
bölüşdürüldü.