Orta əsrlərdə türk-müsəlman memarlığı öz üslubu və çoxcəhətliIiyi ilə seçilirdi. Səlcuq dövlətində yaşamış memarlar çoxlu saray, karvansara, məscid, mədrəsə, türbə və günbəzlər inşa etmişdilər. Memarlığın inkişafı baxımından Səmərqənd, İstanbul, Təbriz kimi şəhərlər daha çox fərqlənirdi. Əmir Teymurun Səmərqənddə tikdirdiyi binalar öz möhtəşəmliyi ilə baxanları valeh edirdi. Teymurun qəbri üzərində inşa edilən Gur Əmir türbəsi Səmərqənd memarlığının şah əsəri hesab olunur. Səmərqənd rəsədxanasının tikilməsinə rəhbərlik etmiş Uluqbəy dövlət xadimi, astronom olmaqla yanaşı, həm də dövrünün görkəmli memarı sayılırdı.