Bu dövrdə tibb elminin inkişafına
xüsusi diqqət yetirilirdi.
Osmanlı dövlətinin Ədirnə və
Azərbaycanın Təbriz şəhərlərində
"Darüşşəfa" adlı xəstəxanalar
açılmışdı.
Görkəmli alim Fəzlullah Rəşidəddinin
tibbə aid əsərləri ona
böyük şöhrət qazandırmışdı, ilk
"Farmakologiya"* kitabı Çində
yazılmış və müxtəlif müalicə
üsulları müəyyən olunmuşdu.
Böyük Moğol hökmdarı Əkbər şahın dövründə Hindistan mədəniyyəti daha sürətlə inkişaf etmişdi. Ona görə də bu dövrü "Əkbər əsri" adlandırırlar.