Osmanlı sultanı I Süleyman
Qanuninin hakimiyyəti dövründə
təhsil ocaqlarının sayı xeyli
artmışdı. Türk dövlətlərində
təhsil müəssisələrinin çoxalması
elmin inkişafına şərait yaratdı.
Astronomiya sahəsində mühüm
nailiyyətlər əldə olunmuşdu.
İsfahan rəsədxanasına rəhbərlik
etmiş Ömər Xəyyam Səlcuq
hökmdarı Məlikşahın şərəfinə
"Cəlali təqvimi"ni tərtib etmişdi.
Burada o, Miladi təqvimdən
daha dəqiq hesablamalar
aparmağa nail olmuşdu.
Coğrafiya elminin inkişafında
Çin dənizçilərinin rolu
danılmazdır. Çin alimləri
Hindistandan Afrikayadək
bütün ölkələri öyrənmiş və
bu barədə qiymətli tədqiqat
əsərləri yazmışlar.
Osmanlı dövlətinin fəthləri
artdıqca coğrafiyaya dair
biliklər də inkişaf edirdi. Məşhur
türk admiralı Piri Rəis bu
sahədəki fəaliyyəti ilə daha
çox seçilmişdir.
Ulduz bürclərinin dövri adının
(ilan, at, qoyun, meymun və s.)
türk dilində verilməsi digər türk
astronomu Mahmud Kaşğarinin
adı ilə bağlıdır.
Uluqbəyin astronomiyanın
inkişafında xidmətləri daha çox
olmuşdur. O, Səmərqənddə
yaratdığı rəsədxanada səma
cisimlərinin hərəkətini göstərən
cədvəl düzəldərək Ay və Günəşin
orbitlərini müəyyənləşdirmişdi.