Ü
mumdünya mədəniyyətinə bənzərsiz incilər bəxş etmiş türk xalqları əvvəllər yaratmış olduqları
möhtəşəm mədəniyyət nümunələrini klassik feodalizm dövründə daha da zənginləşdirdi. Bu dövrdə təhsil və elm inkişaf etdi.dünyanın ilk mədrəsələrindən
biri hesab olunur.
Bu ali mədrəsədə dini biliklərlə
yanaşı, hüquq, filologiya, riyaziyyat,
astronomiya elmləri də
tədris edilirdi.
Müsəlman Şərqinin ikinci ali
təhsil ocağı XIV yüzilliyin əvvəllərində
Təbrizdə yaradılan
mədrəsə idi. Teymuri hökmdarı
Uluqbəy də ölkədə mədrəsələrin
tikilməsinə xüsusi diqqət
yetirirdi.