İşğal edilən torpaqlarda yerli xalqlar böyük sürətlə azalırdı.
İspanlar və portuqallar mədənlərdə və plantasiyalarda
Afrika mənşəli qaradərili kölələrdən istifadə edirdilər.
Onların həyat tərzi çox ağır idi. Yaşamaq üçün şəraiti
olmayan, yaxşı qidalanmayan, qadınlarından və uşaqlarından
ayrı salınan qullar plantasiyalarda uzun müddət
işləyə bilməyib tələf olurdular. Narazılıq edənlər isə ağır
işgəncələrə məruz qalırdı.
Qul ticarəti çox sərfəli olduğu üçün bütün gəmilər Afrikadan
qaradərili insanları Amerikaya daşıyırdı.