İspaniya dənizçiləri Fernando Magellanın başçılığı ilə Xristofor Kolumbun ideyasını təkrarlayaraq 1519-cu ildə dünya səyahətinə başladılar. Onlar Atlantik okeanından keçməklə qərbə doğru hərəkət etmək,
Asiyaya çıxmaq istəyirdilər. Cənubi Amerika sahilləri boyunca hərəkət edən ispan dənizçiləri yeni okeana çıxmağı bacardılar. Bir neçə ay ərzində burada heç bir fırtına ilə qarşılaşmayan dənizçilər bu okeanı Sakit okean
adlandırdılar. Atlantik okeanından Sakit okeana keçən boğaza isə Magellan adını verdilər. Asiyada Filippin adalarında yerlilərlə toqquşmada Magellan öldürülsə də, qalan dənizçilər 1522-ci ildə İspaniyaya qayıda bildilər.
Beləliklə, ilk dünya səyahəti
Yerin kürə formasında olduğunu
təcrübi cəhətdən qəti
sübuta yetirdi. İspan dənizçiləri
Avropadan qərbə tərəf üzərək
geriyə qayıda bildilər.
Coğrafi kəşflər nəticəsində
ticarət yolları dənizlərdən
okeanlara keçdi, dünya ticarəti
yarandı. Bununla da Şərqin
böyük imperiyalarının ərazilərindən
keçən ticarət yolları öz
əhəmiyyətini itirdi. Venesiya və
Genuya bu yollardan kənarda
qaldı. Asiya ölkələri ilə ticarət,
əsasən, Niderland, İngiltərə və
Portuqaliyanın limanlarında
cəmləşdi. Dünya ticarətinin
genişlənməsi İlə müstəmləkə
işğallarına şərait yarandı.
Portuqaliyalılar Ərəbistan və
Hindistan yarımadalarının,
Şərqi Afrikanın Hind okeanı
sahillərində yerləşən şəhərlərini
tutdular. Şərqə doğru hərəkət
edən portuqaliyalılar Zond və
Molukk adalarını tutaraq Çin
və Yaponiya sahillərinə qədər
gedib çatdılar.
İspaniyalılar Meksikaya daxil
olmaqla Braziliyadan başqa,