maneəsiz olaraq Hindistana
gedib çıxmaq olardı. Amma
dənizçilərin bu qədər uzaq yolu
qət edəcək təcrübələri yox idi.
İtalyan əsilli Xristofor Kolumb
gəncliyindən bəri bır sıra coğrafi
xəritələrlə tanış olmuşdu.
O, İspaniyadan qərbə doğru
üzməklə Hindistana getməyin
mümkünlüyünə İspan kralını
inandırmağa çalışdı.
Nəhayət, razılıq əldə edən Kolumb
1492-ci ildə karavellalarla
qərbə tərəf yola düşdü. Uzun
müddətdən sonra Kolumbun
gəmiləri sahilə çıxdı.
Onlar bu yerlərin Hindistan
olduğunu zənn etdikləri üçün
gördükləri yerliləri səhvən hindu
adlandırdılar. Nəticədə Kuba
və Haiti adaları kəşf edilsə də,
xəyallarda olan qızıl və digər
qiymətli metallara rast gəlinmədi.
Bir neçə dəfə yenidən
səfərlər təşkil edən Kolumbun
sərvət axtarışları nəticəsiz qaldı.
Bir qədər sonra Ameriqo
Vespuççi adlı italyan səyyahı
Kolumbun kəşf etdiyi yerlərin
yeni qitə olduğunu sübut etdi.
Buna görə də bu qitəyə onun
şərəfinə Amerika adı verildi.
Avropalıların kəşf etdikləri torpaqlara hamıdan əvvəl əsgər, tacir və xristian dini missionerləri* gəlirdi.
Tacirlər həmin ərazilərdə talançı
yollarla ticarət edir, keşişlər isə yerli əhalini xristianlaşdırmaqla
onları itaətdə saxlamaq
məqsədi güdürdülər. Xristian
dinini qəbul etməyənlər edam
olunurdu.
Beləliklə, yeni qitə sakinləri
köhnə qitənin talançı və barbar
təfəkkürü ilə məhv edilir, əmlakları
talanır, özləri isə kütləvi şəkildə
qətlə yetirilirdilər. Avropalı
işğalçılar Amerika xalqlarının
həm özlərini, həm də qədim və
zəngin mədəniyyətlərini vəhşicəsinə
məhv etdilər.
Yerlilərin - hinduların soyqırımına
məruz qalması Amerikada
qula ehtiyac yaratdı. Kölə tacirləri
Afrikadan buraya qaradərili
qullar gətirməyə başladılar.