keçirərək xeyli qənimət əldə
etdi. O, Romaya sığınmış qotları
Katalaun döyüşündə düşmən
tərəfində döyüşdüklərinə görə
cəzalandırdı. Hunlar Roma
şəhərinə qədər irəlilədilər. Attila
Roma papasının (Qərbi Avropada
xristianların dini başçısı)
xahişi ilə şəhəri tutmaq fikrindən
daşındı. Beləliklə, hunlar
Qərbi Roma üzərində üstünlük
əldə etdilər.
Roma səfərindən qayıtdıqdan
sonra sasanilər üzərinə yürüşə
hazırlaşan Attila müəmmalı
şəkildə öldü. Hun dövlətinə
tabe edilmiş xalqlar baş qaldırdı.
Qotlar hunlara qarşı üsyan
etdilər. Attiladan sonra hakimiyyətə
gələn varisləri dövlətin
qüdrətini qoruyub saxlaya
bilmədilər. Hunlar Qara dənizin
şimalına doğru geri çəkildilər.
470-ci ildə Avropanı lərzəyə
salan Avropa Hun dövləti
süquta uğradı.