Konstantinapolun fəth olunması avroplaıların Şərq ölkələri ilə əlaqələrini
çətinləşdirdi. Osmanlıların Kiçik Asiya və Suriyadan keçən
ənənəvi ticarət yollarına nəzarəti öz əlinə
alması avropalı tacirlərin və
səyyahların yeni yollar axtarmasına
səbəb oldu.
Pul kəsmək üçün qiymətli
metalların azlığı da onların
Asiya ölkələrinə marağını
artırırdı. Qızıl və gümüşdən
başqa, Şərqin zərif parçaları və
qiymətli ədviyyatları da avropalıların
marağına səbəb olurdu.
Hindistan isə onları daha çox
cəlb edirdi.
Avropalı səyyahlar Yerin kürə
şəklində olması ilə bağlı fərziyyələr
irəli sürməyə başladılar.
Onların düşüncəsinə görə
qərbə doğru hərəkət etməklə