A
vropada XV-XVI yüzilliklərdə texniki avadanlıqların inkişafında böyük
eniliklər əldə edilmişdi. Su mühərrikləri təkmilləşmiş, yuxarıdan fırladılan çarxlar ixtira olunmuşdu. Aşağıdan fırladılan çarxlardan fərqli olaraq bu çarxlara su yuxarıdan töküldüyü üçün daha sürətlə hərəkət edirdi. Belə çarxlar mədənlərdən daha çox filiz çıxarmağa, kağız istehsalına və metal döyməyə imkan yaradırdı.sobalarının
tikilməsi ilə əlaqədar daş kömürə
tələbatı da artırdı. Domna
sobalarının tikilməsi
nəticəsində daha çox metal
əritmək, çuqun, dəmir və polad
əldə etmək mümkün oldu.
Çuqun və dəmir istehsalının
artması odlu silahların istehsalı
üçün şərait yaratdı. XVI yüzillikdə
ağır səhra toplarından
istifadə olunurdu. Artıq odlu
əl silahları: tapançalar, ağır
tüfənglər (muşketlər) hazırlanmağa
başladı. Bu yeniliklərin
nəticəsində feodal cəngavər
süvarisi öz yerini odlu silahla
silahlanmış muzdlu orduya
verdi. Feodal qəsrləri də artıq
etibarlı sığınacaq deyildi. Top
atəşləri ilə bu qəsrlərin qala
divarlarını asanlıqla dağıtmaq
mümkün idi.
Beləliklə, texnikanın inkişafı feodal
qaydalar əsasında formalaşmış
iqtisadi və hərbi qüdrəti
laxlatdı.
Avropalı dənizçilər uzun müddət
qitənin sahillərindən uzağa
üzməyə ehtiyat edirdilər. Uzaq
səfərlərə çıxmaq çox təhlükəli
hesab olunurdu. Onların
düzgün xəritələri və istiqaməti
müəyyən etmək üçün dəniz
cihazları yox idi. Buna görə
də gəmilərin harada olmasını
yalnız hava açıq olduğu zaman
ulduzlara görə müəyyən edirdilər.
Kompasın əldə edilməsi və bir
növ dəniz cihazlarının ixtirası
dənizçilərin işini asanlaşdırdı.
Artıq açıq dənizdə rahatlıqla
uzaq sahillərə hərəkət etmək
olardı.
XV yüzillikdə xüsusi yelkənli
gəmilərin - karavellalarin əldə
olunması dəniz səyyahlarının
uzaqlara yol almasına şərait
yaratdı. Əvvəlkilərdən fərqli
olan bu gəmilər həm sürətlə
hərəkət edir, həm də küləyin
istiqamətindən asılı olmayaraq,
istənilən tərəfə üzə bilirdi.