Reformasiya bir çox səbəblərdən
uğurla başa çatdı. Bunların
arasında iki səbəbin daha çox
təsiri oldu.
1. Siyasi hakimiyyət. Almaniyada
reformasiyanı dəstəkləyən
siyasi hakimiyyəti knyazlar
təmsil edirdilər.
Belə knyazlardan daha çox
fərqlənəni Saksoniya knyazı idi.
O, Lüteri, ümumiyyətlə, reformasiyanı
katolik kilsəsindən
qorudu.
2. Mətbəə. Lüterin ideyaları
mətbəədə qəzetlər, kitablar
halında çap olunaraq alman
xalqının istifadəsinə verilmiş
və sürətlə yayılmışdır. Roma
papalarının latın dilini yaydıqları
bir dövrdə bu əsərlər alman
dilində yazılırdı və əhalinin
istifadəsi üçün rahat idi.
Almaniyada böyük nüfuza sahib
olan Saksoniya knyazına sığındı.
O İsə papaların cəhdlərinə baxmayaraq,
Lüteri onlara vermədi.
Vormsda keçirilən toplantıda
Lüter və onun tərəfdarlarının
əleyhinə qərarlar qəbul edildi.
Bu qərarlara əsasən Lüterin
əsərləri yandırılmalı, tərəfdarları
həbs olunmalı idi. Lakin
Saksoniya knyazı buna imkan
vermədi.
Knyazlardan fərqli olaraq,
imperator reformasiyanın Almaniyada
yayılmasına qarşı idi.
Buna görə də reformasiyanın
başqa ərazilərə yayılmaması
üçün qərarlar verdi. Bu qərara
qarşı bir neçə knyaz və şəhər
protest (etiraz) etdi. Bu vaxtdan etibarən Lüterin
tərəfdarlarına
protestant adı verildi.
Lüter və protestantların
apardığı mübarizə 1555-ci
ildə Auqsburq müqaviləsinin
imzalanması İlə başa çatdı.
Müqaviləyə əsasən protestantların
din azadlığı rəsmi olaraq
tanındı, protestant knyazlara
böyük imtiyazlar verildi.
Reformasiya nəticələri baxımından
dini qayda-qanunlar
tamamilə olmasa da, əhəmiyyətli
dərəcədə dəyişdi. Əvvəl
katolik kilsəsinin təsiri altında
olan Avropa yeni ortaya çıxmış
protestant kilsəsini qəbul etməyə
məcbur oldu.
XI yüzillikdə xristianlıq, bu dəfə
isə katolik kilsəsi parçalandı.
Ayrılmış protestantlar isə artıq
papaya tabe deyildi. Katolik
kilsəsi həm əmlakının böyük
hissəsini, həm də əvvəlki nüfuzunu
itirmişdi.
Reformasiya katolik kilsəsinin
əsil niyyətlərini ortaya çıxardı.
Kütlənin onlardan uzaqlaşdığını
görən Papa itirdiklərini geri
qaytarmaq üçün hər vasitəyə
əl atdı.
İsa cəmiyyəti, Papa məhkəmələrinin
yaradılması
bu məqsədə xidmət edirdi.
Yaradılan orqanlar sərt
qaydalarla idarə olunurdu.