R
eformasiya latın dilində "yeniləmək" və "nizamlamaq" mənasını verir.
Ümumiyyətlə, orta əsrlərdə kilsənin və xristian cəmiyyətinin mövcud vəziyyətinin yenilənməsini bildirən bu söz XVI yüzilliyin birinci rübündə Almaniyadan başlayan və tədricən Avropanın böyük hissəsinə yayılan dini hərəkatı ifadə edir. Bir çox Avropa ölkələrinə,xüsusən də Almaniyaya təsir
edən bu hərəkat siyasi, dini,
sosial və iqtisadi baxımdan bir
çox yeniliklər gətirdi.
Almaniyada reformasiyanın
ortaya çıxmasının bir-biri ilə
əlaqəli olan siyasi, dini, sosial
və iqtisadi səbəbləri var idi.
Siyasi baxımdan. Reformasiyadan
əvvəl digər Avropa
dövlətləri ilə müqayisədə
Almaniya siyasi cəhətdən bütöv deyil, dağınıq vəziyyətdə idi. Müqəddəs Roma imperiyasının sərhədləri içərisində qalan Almaniya bəzi Avropa ölkələrindən fərqli olaraq güclü hakimiyyətdən məhrum idi. Dağınıq olan Almaniya ərazisi bir çox varlı ailələrin, çoxsaylı knyazların və hersoqların arasında bölünmüşdü. Bu vəziyyət Almaniyada siyasi hakimiyyət boşluğu və xarici müdaxilələrə şərait yaradırdı.
Digər tərəfdən imperiyanın hakim sülaləsi olan Habsburqlar katolik kilsəsinin diqqətini Almaniyaya yönəltməkdə kömək edirdi. Bu səbəbdən Fransa, İspaniya və İngiltərədə fəaliyyət göstərə bilməyən kilsə Almaniyada istədiyi kimi hərəkət edə bilirdi.