1265-ci İldə İngiltərə tarixində ilk dəfə olaraq parlament çağırıldı. Parlamentdə iri feodallar, ali ruhanilər, cəngavərlər və şəhərlərin nümayəndələri təmsil olunurdu. Kral vergiləri parlamentlə razılaşdırıb təyin edə bilirdi. XIV yüzillikdə parlament vergi təyin etmək hüququ İlə yanaşı, qanunların verilməsində də iştirak etmək hüququ qazandı.
XIV yüzilliyin ortalarında Avropa və İngiltərəni vəba epidemiyası bürüdü. İnsanlar tərəfindən "qara ölüm" adlanan bu epidemiya İngiltərədə əhalinin dörddə birindən çoxunu tələf etdi. Epidemiya başa çatdıqdan sonra işçi qüvvəsinə tələbat artdı. Ona görə də kral torpağı və digər gəlir mənbəyi olmayan 12-60 yaş arasındakı bütün adamları aşağı əməkhaqqı ilə
işləməyə məcbur edən qanun
qəbul etdi. İmtina edənlər ağır
cəzalara məhkum edilirdi.
Bu amansız qanunlar əhalinin
narazılığına və üsyanlara
səbəb oldu. Məhz bu dövrdə
feodal zülmünə qarşı mübarizə
aparan məşhur Robin Qud
haqqında rəvayətlər yarandı.
XIV yüzilliyin ikinci yarısında
İngiltərədə kəndlilərin vəziyyəti
daha da ağırlaşdı. Yüzillik müharibənin
gedişində vergilərin
artırılması kəndlilərin narazılığına
səbəb oldu.
1381-ci ildə Uot Taylerin başçılığı
İlə kəndli üsyanı baş verdi.
Kəndlilər kralla görüşmək və
vəziyyətlərinin yaxşılaşdırılması
üçün tədbirlər görülməsini xahiş etmək məqsədilə Londona yürüş etdilər. Onlar "xeyirxah kral"a inanırdılar. Kralla görüşən kəndlilər təhkimçilik, biyarın ləğvi, vergilərin azaldılması İlə bağlı tələblərini verdilər. Kral əvvəlcə tələblərlə razılaşdı. Lakin sonra hiylə və xəyanətə əl ataraq üsyanı yatıra bildi. Üsyan məğlub olsa da, vergilər bir qədər azaldıldı, az əməkhaqqı ilə işləməyə məcbur edən qanunlar yumşaldıldı. Kəndlilərin təhkimçilikdən azad edilməsi sürətləndi.
Uot Tayler üsyanı
Jaklar üsyanı
İngiltərə tarixində XV yüzilliyin ikinci yarısı iki feodal qrupu arasında hakimiyyət uğrunda müharibə İlə səciyyəvidir. Bu müharibədə feodal qruplarından birinin bayrağında al rəngli qızılgül, digərində isə ağ qızılgül təsviri var idi. Ona görə də bu müharibə qızılgüllərin