məğlub edən hunlar Balamir
xanın rəhbərliyi altında Avropa
Hun dövlətini yaratdılar.
Qərbə doğru irəliləyən hunlar
indiki Macarıstan ərazisində
məskunlaşdılar Beləliklə, Cənub-Şərqi
Avropanın İdil çayından
Dunay çayına qədər ərazisi
hunların nəzarətinə keçdi.
Avropa Hun dövlətinin qüdrəti
Attilanın hakimiyyəti illərində
daha da artdı. Dövlətin sərhədləri
şərqdə İdil (Volqa) çayından
qərbdə Reyn çayına, cənubda
Balkan yarımadasından şimalda
Baltik dənizi sahillərinə qədər geniş bir ərazini əhatə edirdi.
Bizansı bac verməyə məcbur
edən Attila Qərbi Roma imperiyası
üzərinə yürüşə başladı,
Qalliyaya (indiki Fransaya)
hərbi səfər təşkil etdi. Hunlar
Burqundiyanı işğal edib Orlean
şəhərinə çatdılar.
451-ci ildə Katalaun çölündə
Qərbi Roma ilə Attilanın orduları
qarşılaşdı. Roma ordusunda
hunlar tərəfindən dəfələrlə
məğlub edilmiş qotlar, franklar
və Şərqi Avropa xalqlarından
muzdla tutulmuş çoxlu döyüşçü
iştirak edirdi.
Qanlı döyüşdə hər iki tərəfdən
minlərlə döyüşçü həlak oldu.
Gecə Roma ordusu geri çəkildi.
Attila Roma ordusundakı döyüşçülər
arasında yayılmış xəstəliyin
əsgərlərinə keçməsindən ehtiyat
edərək onları təqib etmədi və
yeni səfərə hazırlaşdı.
Attila 452-ci ildə Romanın
şəhər və kəndlərini ələ