Dövlətin mərkəzləşdirilməsində
II Henrixin islahatları mühüm
rol oynadı. Kral məhkəməsinin
səlahiyyətlərini genişləndirmək
məqsədilə islahat keçirildi.
İslahata əsasən hər bir azad
adam müəyyən Ödənc müqabilində
kral məhkəməsinə
müraciət edə bilərdi. Kral
məhkəməsində iş iclasçılar
tərəfindən araşdırılırdı. Beləliklə,
bütün ölkə üçün vahid
kral məhkəməsi yaranmağa
başladı.
Hərbi islahata əsasən feodallar
"qalxan pulu" adlı xüsusi vergi
verməli idilər. Həmin ödənişin
hesabına kral hərbi xidmətə
muzdlu cəngavərlər cəlb
edirdi.
Bu da kralın baron qoşunlarından
asılılığını azaldırdı.
Bundan başqa, hər bir azad
adam əmlakına uyğun olaraq
müəyyən silaha malik olmalı və
kralın çağırışı ilə yürüşdə iştirak
etməli idi.
Bu islahatlar kral hakimiyyətini
gücləndirir və feodal dövlətinin
mərkəzləşdirilməsinə kömək
edirdi.
XII yüzilliyin sonlarına doğru
normanlar və İngiltərənin
yerli əhalisinin tədricən qaynayıb-
qarışması prosesi başa
çatdı və ölkədə dil fərqlən
aradan qalxdı.
Əhalinin əsas hissəsinin —
kəndlilər, şəhərlilər və feodalların
əksəriyyətinin danışıq
dili ingilis dili idi. Lakin feodal
əyanları, kral məmurları fransız
dilindən də istifadə edirdilər.
Dövlət orqanlarında rəsmi dil
kimi isə fransız və latın dilindən
istifadə edilirdi.
İngiltərədə şəhərlər özünüidarə
hüququ qazana bilmədi.
Bütün feodallar bilavasitə kralın
vassalları idi. Bu baxımdan İngiltərə
digər Avropa ölkələrindən
fərqlənirdi. Feodallar krala
hərbi xidmət etməyə və vergi
ödəməyə məcbur idilər. Bu
amillər XI—XII yüzilliklərdə digər
Avropa ölkələrindən fərqli
olaraq İngiltərədə kral hakimiyyətinin
daha güclü olmasına
təsir göstərdi.
XII yüzilliyin ikinci yarısında
İngiltərədə kral hakimiyyəti
daha da gücləndi. II Henrixin
hakimiyyəti dövründə Fransanın
bəzi torpaqları da onun
tabeliyinə keçdi.