İngiltərədə işğaldan sonra azad
kəndlilər az da olsa, qalırdı.
Təhkimlilərlə yanaşı, azad
kəndlilərin olması orta əsrlərdə
İngiltərədə aqrar inkişafın xüsusiyyətlərindən
biri idi. Şəhərlər
hələ norman işğalından əwəl,
X—XI yüzilliklərdə yaranmağa
başlamışdı. İşğaldan sonra İngiltərənin
xarici ticarət əlaqələri
genişləndi. Şəhərlərin inkişafının
əsasını, digər ölkələrdə
olduğu kimi, sənətkarlıq və
ticarət təşkil edirdi.
Məlum olduğu kimi, İngiltərədə
şəhərlərin əksəriyyəti kralın
mülkündə yerləşirdi. Ona görə
də Fransadan fərqli olaraq