Anql-sakslar hücuma keçərək
güclü müdafiə xətlərini yardılar.
Norman ordusu geri döndü və
sürətlə hərəkət edən atlı qoşun
dağılmış durumda olan anqlsaks
piyadalarını məğlub etdi.
Vilhelm Londona daxil olub
özünü İngiltərə kralı elan etdi.
Bütün ölkə ərazisi yeni İngiltərə
kralının mülkü elan edildi və
istilaçılara paylandı. Kəndlilər,
əsasən, təhkimli vəziyyətinə
salındılar. Mülki idarəçilik və ali
kilsə vəzifələrində də yerliləri
normanlar əvəz etdi. Beləliklə, işğal nəticəsində hakim təbəqə bütünlüklə dəyişdi. Bütün əkilən torpaqların yeddidə biri, şəhərlərin çoxu kralın mülkü oldu. Ən böyük torpaq sahibi olması və işğal edilmiş ərazilərin bir hissəsini vassallarına paylaması bu dövrdə İngiltərədə kral hakimiyyətini qüvvətli edən şərtlərdən idi.