Fransanın taleyi həll olunarkən
kəndli qızı Janna d'Ark müharibənin
gedişində dönüş
yarada bildi. Gənc qızın hərbi
taktikanı mənimsəməsi, döyüşçülərə
vətənin müdafiəçisi
kimi baxması, təhlükəli yerlərdə
ən öndə olması onlarda ruh
yüksəkliyi və inam yaradırdı.
1429-cu ildə Orlean ətrafında
qələbə fransızlar üçün ardıcıl
məğlubiyyətlərdən sonra
ilk böyük qələbə idi. Jannanın
xalq arasındakı nüfuzu kral və
feodalları narahat edirdi. Bir
qədər sonra Janna əsir alındıqda
Fransa kralı onun azad edilməsi
üçün heç bir addım atmadı.
İngilislər Jannanın hərbi uğurlarının
əhəmiyyətini azaltmaq üçün
onu cadugərlikdə günahlandırıb
edam etdilər. Lakin bu edam
da ingilislərə kömək etmədi.
Yüzillik müharibənin sonuna
yaxın Fransa kralı cəngavər
və muzdlulardan ibarət daimi
qoşun yaratdı.
Müharibə 1453-cü ildə bağlanan
sülhlə başa çatdı. Fransa
torpaqları azad edildi. Yalnız
Kale limanı ingilislərdə qaldı.
Puatye döyüşündəki uğursuzluq Fransanın bir çox ərazilərində xalqın qəzəbinə və üsyanlara səbəb oldu. 1358-ci ildə Fransada ən böyük kəndli üsyanı baş verdi.
O dövrdə zadəganlar tərəfindən kəndlilərə Jak ləqəbi verildiyinə görə üsyançılar jaklar adlandırılırdı. Yüzillik müharibə nəticəsində kəndlilərin vəziyyətinin daha da ağırlaşması və vergilərin artması üsyanın səbəbləri idi. Bəzi şəhərlər üsyançıların tərəfinə keçdi. Kəndlilər feodalların zülmündən kralın xəbərinin olmadı-
ğını düşünür, feodallara qarşı "xeyirxah kral" uğrunda çıxış edirdilər. Feodallar danışıqlara dəvət edərək hiylə ilə üsyan başçısını ələ keçirdilər. Üsyan yatırıldı, lakin qorxuya düşmüş feodallar uzun müddət vergiləri artırmağa cəsarət etmədilər.
Yüzillik müharibədən sonra
yarımçıq qalmış mərkəzləşdirilmiş
dövlətin yaradılması prosesi
davam etdirildi.
Bu, XI Lüdoviqin hakimiyyəti
dövründə həlledici mərhələyə
daxil oldu. Dövləti idarə edə bilmək
üçün XI Lüdoviq düşmənlərinə
qarşı mübarizədə hiylədən
istifadə etdi. O, rəqiblərini
bir-birinə qarşı mübarizəyə sövq
etməklə onların birliyinə mane
oldu və hər birini ayrı-ayrılıqda
məğlub etdi.
Beləliklə, XV yüzilliyin sonlarında Fransanın vahid dövlət halında birləşdirilməsi, əsasən, başa çatdı. Artıq ölkə bir mərkəzdən - kral tərəfindən idarə olunurdu. Bu, mərkəzləşdirilmiş dövlətin yaranması demək idi. Mərkəzləşdirilmiş dövlətin yaranması mütləq monarxiyanın (kralın təkbaşına hakimiyyətinin) təşəkkülü prosesinə şərait yaratdı.