əlverişli mövqedə yerləşməsi,
Cənubi Fransada şəhərlərin
inkişafına təsir göstərmişdi.
Həmçinin Şərq ölkələri ilə geniş
ticarət əlaqələri olan İtaliya və
İspaniya ilə yaxınlıq da buna
şərait yaratmışdı. Məhz ticarət
əlaqələri Fransanın cənub
şəhərlərində sənətkarlığın inkişafını
sürətləndirirdi.
Fransanın şimal hissəsində
isə vilayətlər arasında iqtisadi
əlaqələr daha tez yaranmağa
başladı. Bu əlaqələrin əsasında
şəhərlərdə sənətkarlıq üçün
zəruri olan xammal və kənd
təsərrüfatı məhsullarının mübadiləsi
dayanırdı. Hər bir vilayətin
müxtəlif məhsulların istehsalı
üzrə ixtisaslaşması onları iqtisadi
baxımdan bir-birinə bağlayır və
iqtisadi birlik inkişaf edirdi.
XIII yüzilliyin sonunda Paris
bütün Şimali Fransanın ən
böyük iqtisadi mərkəzi oldu.
Bu, Fransanın siyasi birləşdirilməsinə
təsir göstərən amillərdən
biri oldu. Şimali Fransa
şəhərləri daxili bazarın formalaşmasında
fəal rol oynadıqları
üçün ölkənin siyasi cəhətdən birləşdirilməsində maraqlı idi. Ona görə də XIII yüzillikdə bu şəhərlər kral hakimiyyətini müdafiə edirdi.