Dünyanın ən böyük muzeylərindən biri, Avropanın ən məşhur rəssamlarının əsərlərinin sərgiləndiyi İtaliyanın Florensiya şəhərindəki Uffiçi qalereyasıdır (onu Florensiya sarayı da adlandırırlar). Florensiya - İntibah dövrünün rəmzi sayılır. Bu muzey vaxtı ilə hökumət dəftərxanası üçün tikilmiş binada yerləşdirilib. 1575-ci ildə Mediçilər nəslinin kolleksiyasının bazası əsasında yaradılıb. Qalereyada dünyada İtaliya və Avropa rəngkarlıq sənət nümunələrinin ən zəngin kolleksiyalarından biri qorunaraq saxlanılır. Rəsm əsərlərindən başqa, muzeydə antik heykəllərin əsli və surətləri, İntibah dövrünə aid interyer üçün əşyalar, qrafik işlərin də çox böyük kolleksiyası nümayiş etdirilir.
Uffiçi qalereyasında cəmi 45 zal var ki, onlardan bəziləri ayrı-ayrı rəssamların yaradıcılığına həsr olunmuşdur. Burada üstünlük daha çox İntibah dövrünün yaradıcılarından olan Cotto, Sandro Botiçelli, Leonardo Da Vinçi, Tisian, Karavacconun yaradıcılığına verilmişdir. Muzeydə antik, fransız, ispan, alman, holland incəsənət nümunələri də az deyil.
Uffiçi qalereyasının rəsmi saytı
http://www.virtualuffizi.com/