27.
DÜNYA MUZEYLƏRİ
İncəsənətə dair dialoq
Dünya xalqlarına məxsus müxtəlif təsviri sənət kolleksiyaları harada saxlanılır?
Hansı dünya muzeylərini tanıyırsınız?
Londonun ən iri muzeylərindən biri olan Viktoriya və Albert muzeyi (qısaca V&A) - dünyanın ən böyük dekorativ-tətbiqi sənət və dizayn muzeyidir. Bu gün onun ekspozisiyasında 6,5 milyondan artıq eksponat nümayiş etdirilir. Muzey 1852-ci ildə şahzadə Albert və kraliça Viktoriya tərəfindən yaradılıb.
Muzey keramika, şüşə, toxuculuq, geyim, gümüş, dəmir məmulatları, zinət əşyaları, mebel, orta əsrlərə aid əşyalar, heykəltəraşlıq, mətbəə nəşrləri və qrafika, rəsm və fotoqrafiyaya dair ən böyük və mükəmməl dünya kolleksiyalarından birinə malikdir. Burada dünyanın ən böyük klassik heykəltəraşlıq kolleksiyalarından biri, həmçinin İtaliya hüdudlarından kənarda İtalyan Renessans (İntibah) dövrünə aid eksponatlar saxlanılır.
Muzeyi orta əsrlər və Renessans üslubunda tanınmış sənətkarların mozaika, freska və nəqqaşlıq işləri bəzəyir.
Viktoriya və Albert muzeyinin rəsmi saytı
http://www.vam.ac.uk/