Müxtəlif tarixi dövrlərdə cəmiyyətdəki dəyişikliklər interyerdə də öz əksini tapmışdır. Əslində, üslublara bölünmə şərtidir, üslub daim yaşayır və dəyişir. O, müəyyən bir dövrün hadisələri, məişəti və mədəniyyətinin təsiri altında formalaşır.
Memarlıq üslublarının interyerə təsirini nələrdə görmək olar?
İnteryerin təsviri yalnız əşyaların xarici görünüşü deyil, həm də perspektiv qanunauyğunluqların təsvirdə tətbiqinə dair biliklər sistemidir.
Rəsm müstəvisində üfüq xətti göz səviyyəsinin hündürlüyünə görə müəyyən edilir. Bütün paralel xətləri üfüq xəttinə doğru uzatdıqda, onunla bir nöqtədə - qovuşma nöqtəsində birləşir.
İnteryerin perspektivdə təsviri bucaq və ya frontal ola bilər.
Frontal perspektiv (1 qovuşma nöqtəsi) - əşyanın bizim qarşımızda frontal (düz, üzbəüz) görünüşdə olmasıdır, yəni biz onu yalnız bir tərəfdən görürük.