Monumental heykəltəraşlığa təkfiqurlu və çoxfiqurlu kompozisiyalar, atlı heykəllər, xatirə-memorial ansambllar, relyeflər, görkəmli şəxslərə həsr olunmuş abidələr aid edilir.
Monumental heykəltəraşlıq nümunələrinə uzaq məsafədən baxılır.
Memarlıq və təbiətlə sıx əlaqəli inkişaf etmiş heykəltəraşlıq sahəsi monumental-dekorativ heykəltəraşlıq adlanır. Bu heykəllər vasitəsilə binaların fasad və interyerlərinə, körpülərə, fəvvarələrə, kiçik memarlıq formalarına bəzək xarakterli bədii tərtibat verilir.
Dəzgah heykəltəraşlığı - baş, bədən, qrup, büst kimi müxtəlif növ heykəltəraşlıq kompozisiyalarını əhatə edir. Dəzgah heykəltəraşlığı nümunələrinə yaxın məsafədən baxılır, onlar, ətraf mühit və memarlıqla bağlı olmur. Onlara rəssamların emalatxanasında və sərgi salonlarında rast gəlirik. Adətən, dəzgah heykəltəraşlığı təsvir olunan əşyanın təbii ölçülərinə uyğun yaradılır.
Heykəltəraşlığın inkişaf sahələrinin oxşar cəhəti nədir?
Yaponiya incəsənəti. Böyük Buddanın heykəli (“Budda” - “müdrik”deməkdir). Bürüncdən tökülmüşdür. Hündürlüyü - 11,4 metr, çəkisi - 93 tondur. 1252
Hindistan incəsənəti. Ellorada Kaylasanatxa məbədi. VII—VIII əsrlər
Çin incəsənəti. İmperator Sin Şixuandinin məqbərəsi yanında döyüşçülərin terrakota (ital. “terra” - “torpaq”, “gil” və “cotta” - “yandırılmış” deməkdir) fiqurlar muzeyi (təbii ölçüdə). Material: gil. 1976-cı ildə təsadüfən tapılmışdır