Orta əsrlərdə müxtəlif məhsulları saxlamaq və yemək hazırlamaq üçün keramikadan olan qablardan istifadə edilirdi.
Misir şüşə əşyaların vətəni sayılır. Qədim misirlilər şüşədən bəzək əşyaları və qablar hazırlamışlar.
Avropa monarxlarının təntənəli yemək mərasimləri üçün qab. XVI əsr. Gümüş Məmulatlar Muzeyi. Florensiya
Yunan və Roma sivilizasiyalarının çiçəklənmə dövründə gümüş və bürünc qablardan çox geniş istifadə olunmuşdur.
Avropada ilk gümüş qablar orta əsrlərdə meydana çıxmışdır. O dövrdə bütün əsilzadə və zənginlərin evlərində müxtəlif gümüş əşyaların, o cümlədən gümüş qabların olması çox dəbdə idi. Gümüş çəngəl, qaşıq və bıçaqlar hər evdə çox diqqətlə qorunur, ailə tarixini əks etdirən əmanət kimi nəsildən nəslə ötürülürdü. Onlar əsl sənət əsəri hesab olunurdu.
Ən qədim yemək əşyası bıçaq, ən gənc isə çəngəldir. Qədimdə Yunanıstanda qaşıq əvəzi balıqqulağıdan istifadə olunmuşdur. Boşqablar, fincanlar və nəlbəkilər XV əsrdə meydana gəlmişdir. O dövrə qədər küp və kasalardan istifadə edilmişdir.