23.
ZAMAN VƏ QABLAR
Süfrə hazırlanarkən yemək masası üzərinə hansı əşyalar qoyulur? Onların funksiyası, forması, bəzəyi və materialı haqqında nə demək olar?
Qablar çox qədim dövrdə yaranmışdır. Tarix boyu qablar ev sahibinin sosial vəziyyətinin göstəricisi olmuşdur. İnsanlar bahalı geyim kimi, bahalı qabları da həmişə xüsusi mərasimlərdə nümayiş etdirmişlər. Bunun üçün hətta fikirləşib xüsusi şüşəli dolablar, yəni servant- lar da yaratmışlar.
Qədimdə qabların hazırlanmasında gildən istifadə olunmuşdur. O dövrdə qabların hazırlanmasında daşdan, balıqqulağıdan, fil dişindən, heyvan buynuzlarından və digər materiallardan istifadə edilmişdir.