Rəngkarlıqdakı portret təsvirlər xalça-portretdən nə ilə fərqlənir?
Rəssam Kamil Əliyevin başlıca xidməti realist portret janrını klassik xalçaçılıq sənətinə tətbiq etməsidir. O, portret təsviri klassik ornamental üslublar vasitəsilə xalça kompozisiyalarının dekorativ tərtibatına çox böyük məharətlə daxil edərək, onların arasında kompozisiya ahəngdarlığı yaratmışdır.
Kamil Əliyev dahi insanlara həsr olunmuş silsilə portretlərin müəllifidir. Bu əsərlərində əsas xüsusiyyətlərdən biri rəssamın portret təsvirləri xalçanın ümumi ornament quruluşu ilə əlaqələndirmək bacarığıdır. O, portretin ətrafında elə bir zəngin ornamental tərtibat yaradır ki, sanki onun vasitəsilə tamaşaçını qəhrəmanının öz dünyasına aparır, onun daxili aləmi, maraqları və məşğuliyyəti ilə tanış edir.
GÖRKƏMLİ RƏSSAMLAR | |
Kamil Müseyib oğlu Əliyev
Həyat xronologiyası |
|
Yaşamışdır | 22.10.1922 - 01.03.2005 |
Doğulduğu yer | İrəvan |
Təhsili | Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbi (Dekorasiya şöbəsi) |
Ad və mükafatları | Azərbaycan Xalq rəssamı (1982) |
Üslub və texnika | xalçaçı-rəssam, qrafika, dizayn |
Əsərlərin mövzusu | ornamental və süjetli xalçalar |
Məşhur əsərləri | “M.Füzuli” (1958), “M.F.Axundov” (1978), “Heydər Əliyev” (1980), “Məmmədəmin Rəsulzadə” (1992), “Ana” (2003), “Atatürk” (1991) |