1.
ORTA ƏSR HEYKƏLTƏRAŞLIĞI
İncəsənətə dair dialoq
Təsviri sənətin hansı növündə “yonmaq”, “plastika” sözlərindən istifadə olunur? Bu sözlər hansı mənanı daşıyır?
Dəyirmi və relyef heykəllər nə ilə fərqlənir? Öz şəhərinizdə, yaxud kəndinizdə olan heykəltəraşlıq nümunələrindən misal göstərin.
Bərk materialdan yaradılan, həcmli formaya malik təsviri sənət növü heykəltəraşlıq adlanır.
Orta əsrlərdə heykəltəraşlığın inkişafı memarlıqla sıx bağlı olmuşdur. Bu dövrə aid məbədlər və saraylar tanrıların və hökmdarların heykəlləri ilə bəzədilmişdir. Belə heykəltəraşlıq nümunələrində insanın daxili aləmi, onun xarakteri, bədən quruluşu və hərəkətləri təsvir olunurdu. Bu xüsusiyyətlər orta əsr heykəltəraşlıq nümunələrini əsasən insan bədəninin gözəlliyini tərənnüm edən antik sənət nümunələrindən fərqləndirir.
Heykəltəraşlığın inkişafı aşağıdakı sahələri1 əhatə edir:
Heykəltəraşlığın ən qədim inkişaf sahələrindən biri - monumental heykəltəraşlıqdır.
1 Sahə - təsviri sənətdə növ və janrlarla yanaşı daha geniş bölmədir. Heykəltəraşlıq növləri - dəyirmi və relyef; janrları - portret, animalistik və s.