Hörmənin inkişafı sonrakı dövrlərdə toxuculuq sənayesinin inkişafına təkan vermişdir. Müxtəlif millər
vasitəsilə toxuma da hörmənin bir növüdür.
Sərbəst iş üçün tapşırıqlar
Qəzet, rəngli kağızlar, karton, iplər (kəndir), qamış, lent və ya saman
Müəyyən edin
Əşyalar hansı materiallardan hörülmüşdür?
Yaradıcı fəaliyyət
Rəngli kağızlardan, yaxud qamışdan hörmə üsulu ilə kiçik
xalça hazırlayın.
Sənətkar məsləhəti
İki rəngli vərəq götürün, onlardan birini zolaq şəklində kəsin.
İkinci vərəq - altlıqdır, onu yarıya qədər qatlayın, qatın sonuna iki
santimetr qalanadək kəsin. Kəsilmiş hissələrə zolaqları keçirməklə
hörün. Həmçinin müxtəlif fakturalı, forma və rənglərdə olan
kağızlardan da istifadə etmək olar..
Özünüzü yoxlayın
Dekorativ-tətbiqi sənətin daha hansı növləri mövcuddur?
Gündəlik həyatda hansı hörmə məmulatlarına və harada rast gəlmək olar? Onların funksiyası nədən
ibarətdir?