21.
ƏL İLƏ YARADILAN MÖCÜZƏLƏR
İncəsənətə dair dialoq
Hansı materiallardan əl ilə sadə əşyalar və ya bəzəklər hazırlamaq olar?
Hörmə və ya toxuma üsullarından istifadə etməklə hansı əşyaları hazırlamaq olar?
Dekorativ-tətbiqi sənət növləri çox qədim zamanlardan mövcuddur. Onların arasında müxtəlif xalqlarda hörmə və toxuculuq xüsusilə geniş yayılmışdır.
İnsanlar hörməni dulusçuluqdan daha əvvəl öyrənmişlər. Qədim dövrdə insanlar uzun və yumşaq ağac budaqlarından yaşayış evləri, dam örtüyü, çəpər, qayıq, səbət, zənbil, müxtəlif ehtiyaclar üçün əşyalar hörmüşlər. Hörmə üsulu ilə ən müxtəlif materiallardan: qamışdan, iplərdən (kəndirdən), dəridən, məftildən, otlardan və çiçəklərdən müxtəlif əşyalar hazırlamaq olar.
Verilmiş əşyaların funksiyası (harada və nəyə görə istifadə olunması) haqqında danışın. Bu əşyaların hazırlanması haqqında nə bilirsiniz?