Fərqləndirici cəhətləri gözəllik, zəriflik və valehedici olan romantizmin əsasında zəriflik və lətafətli görkəm dayanır. Bu üslub sanki gözəlliyi, zərifliyi, məlahəti, sentimentallığı (həssaslığı) və təvazökarlığı qabartmaq üçün yaradılmışdır.
Geyim üslubu: idman — dinamik, hərəkətlik və rahatlıq
İdman üslubu qədim dövrdə insanların idmana maraq göstərməsi nəticəsində yaranıb. Təbiətə səyahət edənlər, turizm, idman və gəzintini sevənlər onu ən rahat və münasib geyim hesab edirlər. Bu üslubun səciyyəvi xüsusiyyətləri:
Bir çox müasir insanlar üçün idman üslubu yalnız dəb deyil, o, sağlamlıq, əla bədən forması və uzunömürlük kimi mühüm təsəvvürlərlə əlaqələndirilən gündəlik həyat tərzidir.
Müəyyən üsluba riayət etmək - özünəməxsus fərdiliyə və ətrafdakılardan fərqli xüsusiyyətlərə malik olmaq deməkdir.