20.
DƏB VƏ GEYİM DİZAYNI:
MÜASİR ÜSLUBLAR
İncəsənətə dair dialoq
Dəb insan həyatında hansı rolu oynayır? Hər kəs dəblə geyinirmi?
Hansı müasir geyim üslubları sizə tanışdır?
Moda aləmi müxtəlifdir, onun sərhədləri bir neçə geyim üsulu ilə məhdudlaşmır. Hazırda çoxlu sayda müasir moda üslubları mövcuddur. Bugünün müasir moda üslubları özündə ötən əsrlərin, illərin bəzi motivlərini daşıyır. Bizim müasir geyimlərimizə diqqətlə baxdıqda görürük ki, müxtəlif dövrlərdə yaradılmış geyim üslubları yalnız bir qədər dəyişdirilərək, yeni nəslin zövqünə uyğunlaşdırılıb. Bunların içərisində modelyerlərin1 öz kolleksiyalarında daha çox istifadə etdiyi ən aktual elementlərlə tanış olaq. Uzun müddət dəyişməz qalan ənənəvi - klassik, romantik, idman üslubları sayılır.
Geyim üslubu: klassik — sadəlik və zəriflik
Klassik üslub - bu, bütün dövrlərdə aktual olan, demək olar ki, hər kəsə uyğun olan, hər yer üçün tamamilə münasib olan üslubdur. Bu üslubun səciyyəvi xüsusiyyətləri:
1 Modelyer - geyim modellərinin hazırlanması üzrə mütəxəssis, geyim dizayneri, geyim obrazları və üslublarının yaradıcısıdır. O, geyimin quruluşunun kompozisiya qanunauyğunluqlarını, ümumi konstruktiv həllini, yeni geyimlərin yaradılması və istehsalı texnologiyasını bilməlidir. O həm də dekor hazırlayır, rəngi və materialları, aksesuarları düşünərək seçir.