Milli geyimlərin ən mühüm elementlərindən biri ayaq geyimləridir. Azərbaycanda müxtəlif formalı, əlvan naxışlı yun corablar çox geniş yayılmışdı. Şəhər əhalisi dəridən tikilmiş, ucu dik, arxasız ayaqqabılar — başmaq geyirdilər. Ziyalılar arasında çəkmələr daha geniş yayılmışdı. Kənd əhalisi daha çox dəri və ya göndən tikilmiş çarıq geyinirdi.
Uşaq geyimləri formasına görə, təxminən, böyüklərin geyimləri ilə üst-üstə düşür, onlardan yalnız ölçüləri, uyğun elementləri və yaş xüsusiyyətlərinə görə fərqlənirdi.
Milli geyimlər bədii tikmənin naxış və ornamentləri, toxuculuq və hörmə işləri ilə bəzədilirdi. Azərbaycan ornamentlərində ən sevimli motivlər nəbati, həndəsi və zoomorf təsvirlərdir.
Həndəsi
ornament
Nəbati
ornament
Zoomorf
ornament