Akvarel və ya quaş, flomasterlər, rəngli karandaşlar,
rəngli kağızlar
Müəyyən edin
Baş geyimlərinin hazırlanmasında hansı materiallardan istifadə olunurdu? Onlar hansı formaya malik
idi?
Yaradıcı fəaliyyət
Qadınların yaş xüsusiyyətini nəzərə alaraq kəlağayının rəsmini
nümunəyə əsasən çəkin, rəngini müəyyən edin və bəzəyin.
Xonça - mərkəzi naxış
Buta - naxış elementi
Haşıyə - kənar naxış zolağı
(a) İstədiyiniz kişi baş geyiminin konstruksiyasını hazırlayın.
(b) Azərbaycana məxsus baş geyimlərinin forma və hazırlandığı
materiallar, naxışlar haqqında əlavə məlumat toplayın.
Özünüzü yoxlayın
Orta əsr Avropa və Azərbaycan baş geyimlərinin hansı ümumi və
fərqli cəhətləri var?
Müasir baş geyimlərinin funksiyası nədən ibarətdir?