Kişilər üçün araqçın ciddi formalı həndəsi naxışlarla bəzədilir və daha sərt toxunuş- lu parçalardan hazırlanırdı
XVI-XVII əsrlərə məxsus qadın baş geyimləri öz müxtəlifliyi ilə seçilir. Azərbaycan qadın baş geyimləri rəngarəngliyinə, gözəlliyinə və müxtəlifliyinə görə çox cəlbedici və maraqlıdır.
Araqçın ən geniş yayılmış baş geyimlərindəndir. Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araqçın qoyardılar. O, qızıl, gümüş və ipək saplardan, muncuq və mirvarilərdən zəngin naxışlarla bəzədilirdi. Onun bəzədilməsində ənənəvi buta naxışından geniş istifadə olunurdu.
O dövrdə müxtəlif rəngli kəlağayılar da çox böyük şöhrət qazanmışdı. Yaşlı qadınlar başlarına tünd rəngli - qara, göy, qəhvəyi, gənc qızlar isə açıq rəngli - ağ, çəhrayı, mavi, yaşıl və s. kəlağayılar örtmüşlər.
Soyuq havada qadınlar başlarını şalla (tirməşal, kəşmir şalı, təbii yundan əllə hörülmüş şal) bağlayırdılar.
Modadan asılı olmayaraq, baş geyimlərinin əsas xarakterik xüsusiyyətləri müxtəlif, əlverişli və rahat olmasıdır.