Dieqo Velaskesin ən məşhur əsərlərindən biri “Menina” adlanır. Əsərdə ön planda - balaca sarışın infanta Marqarita saray xanımları və cırtdan adamların əhatəsində təsvir olunmuşdur. Onların yaxınlığında isə rəssam çox böyük məharətlə öz portretini təsvir etmişdir. Uşaqlıqdan şahzadəyə xidmət edən gənc saray xanımları “menina” adlandırıldığı üçün əsər də eynən bu cür adlandırılmışdır.
Geyimlər ali təbəqə üçün, adətən, çox parlaq və rəngli parçalardan, rəiyyət üçün isə nisbətən tünd və boz rəngli parçalardan tikilirdi. Orta əsrlərdə hər bir rəng rəmzi məna daşıdığı üçün onlara xüsusi əhəmiyyət verilirdi. Məsələn, ağ rəng - saflıq və inam, qara rəng - kədər, göy - sədaqət, yaşıl - məhəbbət, mavi isə mehribanlıq rəmzi idi. O dövrdən başlayaraq “qan qırmızı” rəngdə paltarı yalnız cəlladlar geyinirdilər. Sarı rəngdə paltarı isə heç kəs geyinmək istəmirdi, çünki bu rəng nifrət rəngi sayılırdı.
Orta əsrlərə məxsus bəzi geyimlər bu gün də qorunaraq saxlanılır. Dəb dizaynerləri bu dəbdəbəli geyimlərdən ilham alaraq, yeni geyim kolleksiyaları yaradırlar. Müasir dizaynerlərin yaratdığı əşyalar üç xüsusiyyətinə görə seçilir: materialların keyfiyyəti, hazırlanmış məmulatın keyfiyyəti və bənzərsizliyi.
Beləliklə, geyim özlüyündə bir üslub daşıyıcısı kimi siluetdə, rəngdə, fakturada və dekorasiyada daim əks olunur.
A4 formatlı rəsm vərəqi, rəngli karandaşlar, flomasterlər, rəngli kağızlar, karton, müxtəlif parça kəsikləri, moda jurnalı