DƏRSLİKLƏ TANIŞLIQ
Dərslikdə hər mövzu üzrə təlim materialları aşağıdakı ardıcıllıqla
verilmişdir:
- İncəsənətə dair dialoq və Xatırlayın — mövzuya maraq oyatmaq üçün sual, şəkil, anlayışların çıxarılması əvvəllər qazanılmış biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.
- Tanış olun — dərs zamanı müstəqil tanış olmaq və müzakirə üçün verilən məzmun. Burada təsviri sənətin tarixi, onun cəmiyyətdə rolu haqqında məlumatlar, müxtəlif sxem və cədvəllər əks olunur.
- Görkəmli rəssamlar — Azərbaycanın və dünyanın görkəmli təsviri sənət nümayəndələrinin həyat və yaradıcılığı ilə tanışlıq.
- Təsviri sənət qalereyası — estetik münasibət bildirmək üçün Azərbaycan və dünya rəssamlarının qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi.
- Müzakirə üçün suallar — məzmunun mənimsənilməsinə xidmət edən və təfəkkürü fəallaşdırmaq üçün vacib sayılan suallar.
- Bu maraqlıdır və Bilirsinizmi? — mövzu ilə əlaqəli olan, dünyagörüşü genişləndirməyə xidmət edən maraqlı faktlar və hadisələr öz əksini tapır.
- Düşünün və İzah edin — verilmiş fikrin izahı.
- Sənətkar məsləhəti — yeni məlumatlar, praktiki və yaradıcı tapşırıqlarda əməl edilməsi vacib olan qaydalar.
- Sərbəst iş üçün tapşırıqlar — mövzu ilə bağlı nəzəri və praktik tapşırıqlar; yeni qazanılmış bacarıqların tətbiqi, onların izahı və rəsm zamanı yardım edən təsvir ardıcıllığı.
- Müəyyən edin və Yaradıcı fəaliyyət — maraq və bacarığa görə könüllü seçim imkanı verən tapşırıqlar.
- Özünüzü yoxlayın və Ümumiləşdirici tapşırıqlar — özünüqiymətləndirmə və əldə olunmuş nəticələri ümumiləşdirmək üçün verilmiş sual və tapşırıqlar.
—
Resurslar (nəzəri və praktik iş zamanı mövzu üzrə istifadə
olunan material və ləvazimatlar).