Roman geyimi antik irsin daşıyıcısı olsa da, ona çoxlu əlavə edilmişdir. Sadə və geniş paltarlar enli xətlər - naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir.
Şaquli xətlərin və iti bucaqların çoxluğu həm memarlıqda, həm də geyimlərdə qotik üslubun ən mühüm cəhətlərindən sayılır.
İntibah dövrünün geyimləri simmetriyanın olması və üzərindəki bər-bəzəyin azlığı ilə diqqəti cəlb edir. Bu geyimlər bahalı və mürəkkəb ornamentli parçalardan tikilir, qollar qeyri-adi formada biçilirdi.