Qədim xalqların milli geyimləri — kostyumları
Orta əsr geyimlərində tarixi üslublar
Antik üslubda olan geyim şaquli qırçınlardan, ayaqqabı isə yalnız altlıq və qaytanlardan ibarətdir.
Bizans geyimləri isə Şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir. Burada daşqaşlarla bəzədilmiş qiymətli parçalardan istifadə olunurdu. Belə parçalar həndəsi motivli dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi.