GÖRKƏMLİ RƏSSAMLAR | |
İlya Yefimoviç Repin
Həyat xronologiyası |
|
Yaşamışdır | 15.07.1844 - 04.10.1930 |
Doğulduğu yer | Çuquyev, Xarkov vilayəti, Ukrayna |
Təhsili | Peterburq Rəssamlıq Akademiyası (1863-1871) |
Sənətdəki mövqeyi | Akademik (1876), Rəssamlıq Akademiyasının rektoru (1898-1899) |
Üslub və texnika | realizm, rəngkarlıq, qrafika |
Əsərlərin mövzusu | portret, mənzərə, tarixi, məişət və əsatir janrları |
Məşhur əsərləri | “Sadko” (1876), “Kursk vilayətində xaç yürüşü” (1883), “Gözləmirdik” (1884), “Ivan Qroznı və oğlu Ivan” (1885) |
Dedikləri | “Mən rəngkarlıqla bilavasitə yaradıcılıq üçün məşğul ola bilmirəm və heç vaxt da bacarmamışam... Ətrafımızdakı həyat, rus həqiqətləri məni çox düşündürür, narahat edir, gecə və gündüz mənə əzab verir və özü kətan üzərinə köçmək üçün izin istəyir”. |
Repinin yaradıcılığı haqqında sayt:
http://ilya-repin.ru/
Gənc Repinin istedadını üzə çıxaran ilk əsəri “Burlaklar1 Volqada” adlanır. Bu əsər xalqın qul əməyinə qarşı mərhəmət hissi oyatmaqla yanaşı, onun gücünə, əsarətə qarşı mübarizliyinə inam hissi oyadır.
Bilirsinizmi?
Əsərdə kompozisiya elə qurulub ki, kütlə dərinlikdən tamaşaçıya doğru hərəkət etsə də, fiqurlar bir-birinin qarşısını kəsmir. Kompozisiyanın mərkəzində çox böyük yük gəmisini çəkən burlaklar təsvir olunub. Bu əsərdə hər bir personaj — müstəqil fərdi portretdir. Rəssam əsərdə müxtəlif xarakter, temperament, insan tiplərini çox böyük məharətlə qarşılaşdıra bilmişdir.
1 Burlak(yedəkçı) - Rusiyada gəmiləri kəndirlə axına əks istiqamətdə çəkən muzdur.