Yaradıcı fəaliyyət
-
Meyvə, tərəvəz və qabdan ibarət natürmort çəkərkən onları kağız
üzərində düzgün yerləşdirin. Əşyaların üzərinə düşən işıq və
kölgənin vəziyyətini və kompozisiya mərkəzini müəyyənləşdirin.
Natürmort çəkərkən nümunədə verilmiş təsvir ardıcıllığından
istifadə edə bilərsiniz.
-
Karavacconun yaradıcılığı haqqında əlavə məlumat toplayın və
təqdimat hazırlayın.
Özünüzü yoxlayın
-
Rəssam əşyaların həcminin təsvirində işıq və kölgədən hansı ardıcıllıqla istifadə edir?
-
Təsviri sənətdə işıq-kölgənin rolunu izah edin. Nümunələr
göstərin.