Təsviri sənət əsərlərində işıq və kölgə İntibah dövründən başlayaraq tətbiq edilir. Yaradıcılığında işıq-kölgədən istifadə etmiş və onun nəzəriyyəsini işləmiş ilk rəssam Leonardo da Vinçi olmuşdur. Rembrandt və Karavacco yaradıcılığında isə işıq və kölgənin tətbiqi ən yüksək inkişaf mərhələsinə çatmışdır.
Barokko3 dövrünün görkəmli sənətkarlarından olan dahi italyan rəssamı Karavacco öz əsərlərində işıqdan çox böyük məharətlə istifadə etmişdir. Koloritin dolğunluğu, jestlərin sadəliyi, işıq və kölgənin təzadı Karavacconun əsərlərində emosional gərginlik yaradır.
Mikelancelo Merizi da Karavacconun əsərlərində işıq və kölgə
Səbətdə meyvələr”.
1596. Milan
“Ud çalan gənc oğlan”.
1595-ci il. Ermitaj.
Sankt-Peterburq
❖ Rəssamın təqdim olunmuş əsərləri hansı janrdadır?
Karavacconun sənəti rəngkarlığın sonrakı inkişafına böyük təsir göstərmişdir.
3 Barokko rəngkarlığı - XVI-XVII əsrlərdə Barokko dövründə yaradılmış rəngkarlıq əsərləridir.