Əjdaha - bir və ya bir neçə başı və alovlu nəfəsi olan, bədəni kərtənkələyə bənzəyən, bəzən qanadları olan əfsanəvi varlıqdır.
Xalq rəssamı Rasim Babayevin bir çox əsəri nağıllara həsr olunub. O, rəngkarlıq əsərlərində nağılları və folklor nümunələrini özünəməxsus fantaziya azadlığı ilə canlandırmaqla, sanki daxili aləminə baxışlarını əks etmişdir.
1960-cı ildə ona Azərbaycanda çox məşhur olan “Cırtdan” nağıl kitabına illüstrasiyalar çəkmək təklif olunur. O, ilk dəfə burada div rəsmi çəkməyə başlayır və uşaqları yeməyi sevən, qorxunc, tüklü nəhəngi təsvir edir. Bundan sonra div onun əsərlərinin rəmzinə çevrilir.
Rasim Babayevin əsərlərində çoxbaşlı, çoxəlli və buynuzlu nəhəng divlər göy, bənövşəyi və tünd çəhrayı rənglərlə kontrast yaradan “ağ dişləri” ilə sanki kiçik və aciz insanları qorxutmağa çalışır.
Rasim Babayevin əsərlərində əsatir janrı