Məişət janrında istənilən mövzuda - ailənizin həyat tərzini, onun
adət-ənənələrini, insan həyatının xüsusi əhəmiyyətli günlərini
təsvir edin. Rəsmin məzmununu qabaqcadan düşünün və onu
yaratmağa çalışın. Burada neçə nəfər iştirak edəcək? Hansı hadisələr
harada (təbiətdə, evdə) və nə vaxt baş verəcək? Çəkəcəyiniz
rəsm üçün üfüqi və ya şaquli formatı seçərək müəyyən edin.
Sənətkar məsləhəti
Bir işə başlamazdan əvvəl sxematik rəsmin köməyi ilə müxtəlif vəziyyətlərdə insanın təsvirini
çək və sənə lazım olanları seçərək dəqiqləşdir Bu, sənə təsvir olunacaq fiqurun vərəqdə necə
yerləşəcəyini əvvəlcədən görməyə kömək edəcək. Beləliklə, sxematik təsvirlər gələcək rəsm
əsərini düzgün tərtib etməyə kömək edir.
Məişət janrının inkişaf mərhələlərinin əks olunduğu sxem tərtib
edin. Ən qədim, qədim və müasir dövr rəssamları bu janrı heykəltəraşlıqda,
qrafikada və rəngkarlıqda necə təqdim etmişlər?
Təsviri sənət növləri
Məişət janrının inkişaf mərhələləri
Ən qədim dövr
Qədim dövr
Müasir dövr
Heykəltəraşlıq
Qrafika
Rəngkarlıq
Özünüzü yoxlayın
Təsviri sənətin hansı janrları sizə tanışdır?
Memarlıqda və dekorativ-tətbiqi sənətdə məişət janrı necə əks olunur?